Son dəqiqə:

“Neftçi” “Kəpəz”i 1:0 hesabı ilə məğlub edərək liderliyini möhkəmləndirib

Foto: Eminn, CC BY-SA 4.0, Wikimedia Commons
06-11-2026 21:59

Azərbaycan Premyer Liqasının XI turunda “Neftçi” Bakıda “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib. “Palms Sports Arena”da keçirilən oyunda yeganə qolu 67-ci dəqiqədə Alen Şkribek vurub.

Bu qələbədən sonra “Neftçi” 24 xalla turnir cədvəlində birinci yerdədir. Gəncə klubu “Kəpəz” 17 xalla beşinci pillədə qalıb.

Turun ilk oyununda “Turan Tovuz” səfərdə “Qarabağ”ı 1:0 hesabı ilə udub.

Liqanın bu turu “Zəfər turu” elan olunub və noyabrın 6-8-də keçirilən bütün oyunlardan əvvəl Dövlət Himni səsləndirilir. Turun qalan oyunları noyabrın 8-də başa çatacaq.

Digər xəbərlər