Son dəqiqə:

SOCAR ABŞ-nin “Honeywell” şirkəti ilə tarixində ilk qlobal çərçivə sazişini imzalayıb

Foto: Press Service of the President of the Republic of Azerbaijan, CC BY 4.0, Wikimedia Commons
06-11-2026 22:44

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə ABŞ-nin “Honeywell Technologies” şirkəti arasında Qlobal Çərçivə Sazişi imzalanıb. SOCAR-ın məlumatına görə, şirkət tarixində belə saziş ilk dəfədir bağlanır.

Sənəd noyabrın 6-da SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə “Honeywell Technologies”in strategiya və qlobal regionlar üzrə prezidenti, baş icraçı direktoru Anant Maheşvarinin görüşündə imzalanıb.

Açıqlamada deyilir ki, saziş SOCAR-ın həm ölkədaxili, həm də beynəlxalq aktivlərini əhatə edir və proqram təminatı da daxil olmaqla məhsul və xidmətlərin gələcək tədarükü üzrə əməkdaşlığın çərçivəsini müəyyən edir. Sazişin dəyəri və müddəti açıqlanmayıb.

Görüşdə tərəflər rəqəmsallaşma, sənayenin avtomatlaşdırılması, enerji keçidi və əməliyyat təhlükəsizliyi sahələrində əməkdaşlığı müzakirə ediblər.

Digər xəbərlər