Son dəqiqə:

Azərbaycanda əcnəbilərin olduğu yer üzrə pulsuz qeydiyyatının ləğvi təklif olunur

İllüstrativ foto: Ash Thawley, CC BY-SA 4.0, Wikimedia Commons
06-11-2026 11:41

Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu tətbiq oluna bilər. Miqrasiya Məcəlləsinə hazırlanan və müzakirəyə çıxarılan dəyişikliklər paketinə görə, indiyədək pulsuz aparılan bu qeydiyyat üçün məcburi dövlət rüsumu müəyyən edilir.

Layihəyə əsasən, müvəqqəti yaşamaq icazəsi verilərkən dövlət rüsumundan azadolma halları bundan sonra yalnız “Dövlət rüsumu haqqında” qanunla tənzimlənəcək.

Dəyişikliklər xarici işçi qüvvəsinə də aiddir: iş icazəsinin yenidən rəsmiləşdirilməsinə görə dövlət rüsumu tətbiq olunur. Əcnəbi işçi eyni işəgötürənin şirkətində başqa vəzifəyə keçirilib yeni icazə alarkən də ayrıca rüsum ödənilməli olacaq.

Maliyyə Nazirliyinin Aparat rəhbərinin müavini Asif Qasımov noyabrın 6-da Milli Məclisin komitə iclasında deyib ki, dövlət rüsumundan azadolma halları hazırda çoxsaylı sahə qanunlarında yer alır və məqsəd onların hamısını “Dövlət rüsumu haqqında” qanunda toplamaqdır.

Digər xəbərlər