Putin Kremldə İran Təhlükəsizlik Şurasının katibini qəbul edib, Rusiya isə vətəndaşlarına İrana getməməyi tövsiyə edir
Möhsün Rezayi, arxiv foto: mehrnews.com, CC BY 4.0, Wikimedia CommonsRusiya Prezidenti Vladimir Putin noyabrın 5-də Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayini qəbul edib. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
İranın “Tasnim” agentliyinin noyabrın 2-də yazdığına görə, Putin və Rezayi telefonda bölgədəki vəziyyəti müzakirə etmiş, Rusiya və İran arasında strateji tərəfdaşlığın davam etdirilməsinin vacibliyini vurğulamışdılar.
Eyni gün Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiya vətəndaşlarına İrana səfərlərdən müvəqqəti çəkinməyi tövsiyə edib. O, bunu “yeni eskalasiya riskləri” ilə izah edib. İranda olan Rusiya vətəndaşlarından isə izdihamlı yerlərdən, hərbi və hökumət obyektlərinin yaxınlığından uzaq durmağı, kritik infrastrukturu çəkməməyi xahiş edib.
ABŞ və İsrailin fevralın 28-də başlatdığı müharibə davam edir, ABŞ İrana dəniz blokadası tətbiq edir. “Financial Times” qəzeti yazıb ki, Rusiya İrana helikopterlər üçün 90 raket buraxılış qurğusu satmağa razılaşıb.