Azərbaycan şahmatçısı Read Səmədov gənclər arasında rapid üzrə dünya çempionatında üçüncü olub
Read Səmədov Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilən gənclər arasında (U-20) rapid üzrə dünya çempionatında bürünc medal qazanıb.
Azərbaycanı yarışda təmsil edən ikinci şahmatçı Şiroğlan Talıbov 6,5 xalla 8-ci yeri tutub.
Əl-Əyndə çempionat rapid və blits üzrə keçirilir.

