Uşağa qulluq müavinətinin 37 manatdan 100 manata qaldırılması müzakirə olunur, ümumi uşaqpulu isə yenə gündəmdə deyil
Foto: Report.az, CC BY 4.0, Wikimedia CommonsAzərbaycanda uşağa qulluq üçün verilən aylıq müavinətin 37 manatdan 100 manata qaldırılmasını nəzərdə tutan layihə Milli Məclisdə müzakirə olunur. Artımdan rəsmi işləyən valideynlər yararlana biləcək.
Azadlıq Radiosu yazır ki, milyonlarla ailənin gözlədiyi ümumi uşaqpulu ilə bağlı isə heç bir yenilik yoxdur. Radio 100 manatın körpə xərclərinin nə qədərini ödədiyini də sual altına alır.
Azərbaycanda uşaq üçün ayrıca ödəniş sistemi 2006-cı il yanvarın 1-də dəyişib: “Ünvanlı dövlət sosial yardımı haqqında” qanun qüvvəyə minəndən sonra gəlirdən asılı uşaq müavinəti ləğv edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 2022-ci ildə sosial yardımın ümumi yox, ünvanlı olmalı olduğunu deyib.
İqtisadçı, REAL Partiyasının sədri Natiq Cəfərli JAMnews-a hesablamasını belə verib: 18 yaşına qədər təxminən 2,7 milyon uşağın hər birinə ayda 100 manat ödəmək üçün ildə 3 milyard manatdan çox, ikinci və sonrakı uşaqlara, yəni təxminən 920 min nəfərə ödəmək üçün isə təxminən 1 milyard manat lazımdır.
2027-ci il büdcə layihəsində uşağın doğulmasına görə birdəfəlik müavinətin 600 manatdan 1500 manata qaldırılması da göstərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə yayılan konkret məbləğlərin yekun olmadığını bildirib.


