Son dəqiqə:

Azərbaycanda nikaha görə məcburi köçkün statusu indiyədək qadınlara verilirdi, indi kişilər də ala biləcək

İllüstrativ foto: Zəngilanın Ağalı kəndi. Golden, CC BY-SA 4.0, Wikimedia Commons
05-11-2026 17:54

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkün statusu və vəsiqəsinin verilməsi qaydalarını dəyişib. Yeni qaydada əvvəllər yalnız qadınlara aid olan iki şərt kişilərə də şamil edilir.

Birinci hal: işğaldan əvvəl işğal olunmuş rayonun sakini ilə evlənmiş, öz rayonundan qeydiyyatdan çıxmamış, işğaldan sonra isə həyat yoldaşının yaşayış yeri üzrə qeydiyyata düşmüş kişi. İkinci hal: işğaldan əvvəl işğal olunmamış şəhər və ya rayonun sakini ilə evlənmiş, amma işğal olunmuş rayondakı qeydiyyatdan çıxmamış kişi və onun uşaqları. İndiyədək bu hüquq yalnız qadınlara aid idi.

Dəyişikliyə görə, atası məcburi köçkün olan, hər iki valideyninin daimi qeydiyyatı işğal olunmuş rayonda olan və işğaldan sonra doğulan uşaqlara da status və vəsiqə veriləcək. Valideynləri xidməti işlə və ya qanunla müəyyən edilmiş digər hallarla başqa yerə daimi qeydiyyata keçibsə, bu qayda tətbiq olunmur.

Status həmçinin rayonun işğalından sonra bu statusu olan şəxslərin övladlığa götürdüyü məcburi köçkünlərə də veriləcək.

Digər xəbərlər