Son dəqiqə:

İtaliyanın Baş naziri Aİ-ni Rusiya ilə mümkün danışıqlar üçün dekabradək vahid nümayəndə seçməyə çağırıb

Arxiv foto: Governo Italiano, CC BY 3.0 it, Wikimedia Commons
05-11-2026 18:07

İtaliyanın Baş naziri Corca Meloni Avropa Şurasının sədri Antoniu Koştaya məktub göndərərək Rusiya ilə mümkün danışıqlarda bütün Aİ adından danışacaq namizədin dekabradək seçilməsini istəyib.

İtaliyanın ANSA agentliyinin yaydığı məktubda Meloni yazır ki, Avropanın Ukrayna məsələsində bir səslə danışması artıq təxirə salına bilməz. O, belə olmasa, Avropanın danışıqlar prosesində faydasız qalacağından qorxduğunu bildirib.

Melonin təklifinə görə, namizəd noyabrın 13-də Dublində Aİ-nin qeyri-rəsmi sammitində müzakirə olunmalı, Britaniya, Norveç və digər tərəfdaşlarla məsləhətləşmədən sonra dekabrın 17-18-də təsdiqlənməlidir.

Oktyabrın 27-də Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Putinlə telefonla danışıblar. Finlandiya prezidentinin dəftərxanası onların bütün Avropa adından danışmadığını bildirib. “Politico” nəşri mənbələrə istinadla yazıb ki, bəzi Aİ ölkələri bu zəngi tənqid edib, Roma da narazı qalıb.

Britaniya mediasının yazdığına görə, danışıqçı kimi Melonin özünün, həmçinin Stubb, Störe, Danimarkanın Baş naziri Mette Frederiksen və Çexiya Prezidenti Petr Pavelin adları çəkilir.

Digər xəbərlər