Son dəqiqə:

Azərbaycanda birbaşa ixtisaslaşmış həkimə gedənlərdən əlavə ödəniş alınması 2030-cu ilədək təxirə salınır

İllüstrativ foto: Stethoscopes, CC BY-SA 3.0, Wikimedia Commons
05-11-2026 13:40

Azərbaycanda icbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi 2030-cu il yanvarın 1-dək təxirə salınır. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişikliklərdə yazılıb.

Müştərək maliyyələşmə xəstənin müalicə xərcinin bir hissəsini öz cibindən ödəməsi deməkdir. Mövcud qanuna görə, sığortalı əvvəl ilkin tibbi yardıma müraciət etmədən birbaşa ixtisaslaşmış həkimə gedərsə, belə bir məbləğ ödəməlidir.

Bu müddəa 2027-ci il yanvarın 1-dən işləməli idi. Dəyişiklik qəbul olunarsa, sığortalılar birbaşa həkimə müraciətə görə daha üç il əlavə pul ödəməyəcək.

Digər xəbərlər