Son dəqiqə:

Səhiyyə Nazirliyi: Maştağadakı psixiatriya xəstəxanasından yayılan görüntülər köhnədir, pozuntuya yol verənlərə tədbir görülüb

Arxiv foto: Tərxan Paşazadə, Public domain, Wikimedia Commons
04-11-2026 22:22

Sosial şəbəkələrdə Bakının Maştağa qəsəbəsindəki 1 saylı Psixiatriya Xəstəxanasından görüntülər yayılıb. Səhiyyə Nazirliyi bildirib ki, videolar əvvəlki tarixə aiddir və həmin vaxt araşdırma aparılıb.

“Görüntülərdə əks olunan qanun pozuntularına yol verən və çəkilişi həyata keçirən şəxslərlə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülmüşdür”, - nazirlikdən bildirilib. Açıqlamada görüntülərin nə vaxt çəkildiyi, kimlərə hansı tədbirin görüldüyü dəqiqləşdirilməyib.

Bizim.Media saytı yazır ki, xəstələrin kadrları sosial şəbəkələrdə “əyləncə” və gülüş mövzusu kimi paylaşılıb, bu da narazılıq yaradıb. Qapalı müəssisədə kadrların kim tərəfindən, hansı şəraitdə çəkildiyi də sual doğurub.

Digər xəbərlər