Son dəqiqə:

Moskvada öldürülən müxalifətçi Boris Nemtsovun qızı Rusiyada qiyabi olaraq 4 il həbs cəzası alıb

Arxiv foto: Janna Nemtsova, 2023. MSC/Kuhlmann, CC BY 3.0 de, Wikimedia Commons
05-11-2026 14:51

Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi Janna Nemtsovanı qiyabi olaraq 4 il koloniya cəzasına məhkum edib. Məhkəmə ona 8 il internet resurslarını idarə etməyi də qadağan edib.

Ona "arzuolunmaz təşkilatın fəaliyyətini təşkil etmək" maddəsi ilə ittiham irəli sürülüb. İttiham tərəfi 5 il koloniya və 9 il qadağa istəmişdi, məhkəmənin təyin etdiyi vəkil isə Nemtsovanın bəraət almasını xahiş edib.

Boris Nemtsov Fondu 2015-ci ildə yaradılıb və Almaniyada fəaliyyət göstərir. Rusiya onu 2024-cü ildə "arzuolunmaz təşkilat" elan edib. 2026-cı ildə Nemtsovaya qarşı cinayət işi açılıb, o, qiyabi həbs edilib və barəsində beynəlxalq axtarış elan olunub.

Rusiyanın keçmiş Baş nazir müavini, Vladimir Putinin tənqidçisi Boris Nemtsov 2015-ci il fevralın 27-də Moskvanın mərkəzində güllələnərək öldürülüb. Qızı bundan sonra Rusiyanı tərk edib.

Digər xəbərlər