Son dəqiqə:

Putin "Winston" və "Camel" siqaretlərinin istehsalçısının Rusiyadakı aktivlərini müvəqqəti idarəçiliyə verib

Foto: Aykhan Zayedzadeh, CC BY 4.0, Wikimedia Commons
05-11-2026 16:01

Rusiya Prezidenti Vladimir Putin noyabrın 5-də Yaponiya tütün şirkətinin beynəlxalq qolu olan "Japan Tobacco International"ın (JTI) Rusiyadakı aktivlərini müvəqqəti idarəçiliyə verən fərman imzalayıb. Sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

Fərman "JTI Donskoy Tabak", "JTI Yelets", "Kres Neva" və "Petro" şirkətlərindəki payları əhatə edir. "The Bell" nəşrinin yazdığına görə, bunlar JTI-nin Rostov-na-Donu, Yelets və Sankt-Peterburqdakı fabrikləridir. İdarəçiliyə həm Niderland və İsveçrədə qeydiyyatda olan şirkətlərin, həm də Rusiya strukturlarının payları keçir.

JTI Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsindən sonra ölkədən getməyib, amma Rusiya istehsalına investisiyanı və marketinqi dayandırıb. Rusiya şirkətin ən böyük bazarlarından biri olub. "Winston", "Camel", "LD" və "Sobranie" onun beynəlxalq markalarındandır.

Rusiya bundan əvvəl "Auchan" pərakəndə satış şəbəkəsinin, "Nestle" qida şirkətinin, "Metro Cash & Carry"nin və əvvəllər "Leroy Merlin" kimi tanınan tikinti mağazaları şəbəkəsinin aktivlərini də müvəqqəti idarəçiliyə verib.

Digər xəbərlər