Son dəqiqə:

Azərbaycanda əmək məzuniyyətinin 21 gününü pulla əvəz etməyin qadağan olunması təklif edilir

İllüstrativ foto: Nabran çimərliyi. Interfase, Public domain, Wikimedia Commons
05-11-2026 14:43

Əmək Məcəlləsinə təklif olunan dəyişikliyə görə, əmək məzuniyyətinin minimum müddəti olan 21 təqvim günü kompensasiya ilə əvəz edilə bilməyəcək. Yəni işəgötürən işçiyə bu günlərin əvəzində pul ödəyib onu işdə saxlaya bilməyəcək.

Yeganə istisna əmək müqaviləsinə xitam verilən haldır: Məcəllənin 144-cü maddəsinə görə, işdən çıxan işçiyə istifadə etmədiyi məzuniyyətin kompensasiyası ödənilir. Minimum müddət isə 114-cü maddədə müəyyən edilib.

Layihədə məzuniyyətin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi anlayışına da aydınlıq gətirilir, bunun hansı hallarda mümkün olduğu geniş və dəqiq göstərilir.

Digər xəbərlər