Son dəqiqə:

Gələn il Naxçıvan büdcəsinə 198 milyon manat dotasiya ayrılması planlaşdırılır

Foto: Naxçıvan. Svenkaj, CC BY-SA 4.0, Wikimedia Commons
05-11-2026 17:42

2027-ci il dövlət büdcəsi layihəsində Naxçıvan Muxtar Respublikasının büdcəsinə 198 milyon manat dotasiya ayrılması nəzərdə tutulur.

Bəzi ali təhsil müəssisələrinin xərclərinin bir hissəsini qarşılamaq üçün 102,3 milyon manat subsidiya planlaşdırılır. Bu, 2026-cı ilin proqnozundan 2,1 milyon manat və ya 2 faiz azdır.

Dövlət şirkətlərindən "Azəristiliktəchizat" istilik xidmətindən yaranan zərərin örtülməsi üçün 33,8 milyon manat, "Təmiz Şəhər" bərk məişət tullantılarının zərərsizləşdirilməsi üçün 17,5 milyon manat alacaq. AZAL-a Naxçıvan uçuşlarının zərərini və güzəştli daşımaları ödəmək üçün 7,1 milyon manat ayrılır.

Bələdiyyələrə isə 4,4 milyon manat subsidiya, 7,5 milyon manat dotasiya və 1,55 milyon manat subvensiya veriləcək. Subsidiya konkret fəaliyyətin və ya xərcin maliyyələşdirilməsinə, dotasiya büdcənin özünə dəstək üçün, subvensiya isə konkret məqsəd üçün ayrılır.

Digər xəbərlər