Azərbaycanın dörd boksçusu U-23 Avropa çempionatında yarımfinala çıxaraq ən azı bürünc medalı təmin edib
Xorvatiyanın Poreç şəhərində keçirilən 23 yaşadək boksçuların Avropa çempionatında Azərbaycan millisinin dörd üzvü yarımfinala yüksəlib. Bununla onlar ən azı bürünc medal qazanmağa zəmanət veriblər.
Dörddəbir finalın ikinci günündə ikiqat Avropa çempionu Bilalhəbəşi Nəzərov (50 kiloqram) çexiyalı Filip Horvatı, Zidan Hünbətov (55 kiloqram) isə serbiyalı Nikola Maksimoviçi hakimlərin yekdil qərarı ilə, 5:0 hesabı ilə məğlub edib.
Yarımfinalda Nəzərov israilli David Zaxari ilə, Hünbətov isə fransalı Kristofer İppokratla qarşılaşacaq. Daha əvvəl Məhəmmədəli Aşırəliyev (60 kiloqram) və Nicat Alırzayev (70 kiloqram) da yarımfinala vəsiqə qazanmışdı.
Yarımfinal döyüşləri bu gün keçiriləcək, finallar isə noyabrın 24-də olacaq.
