Bakıda bəzi ərazilərə avtomobillə daxil olmaq ödənişli ola bilər

İllüstrativ foto: AlixSaz, CC BY-SA 4.0, Wikimedia Commons
22-11-2026 11:23

Bakıda sürücülərdən müəyyən ərazilərə avtomobillə daxil olduğuna görə haqq alınması planlaşdırılır. Qanuna təklif olunan dəyişikliyə əsasən, giriş ödənişli olan zonaları və tarifləri səlahiyyətli qurum müəyyən edəcək, toplanan vəsait dövlət büdcəsinə ödəniləcək.

Layihədə ödənişin hansı küçələrdə və nə vaxtdan tətbiq ediləcəyi göstərilməyib. “Qafqazinfo” saytının danışdırdığı ekspert Elnur Fərzəliyev mümkün ərazilərdən biri kimi Yasamal rayonunda keçmişdə “Sovetski” adlanan məhəlləni göstərir. Ekspert bu təcrübənin bir çox böyük şəhərlərdə tətbiq olunduğunu deyir: məsələn, Londonun mərkəzindəki ödənişli zonada müəyyən saatlarda maşın sürmək gündəlik 18 funta başa gəlir.

Paytaxtın tarixi mərkəzində avtomobil hərəkəti artıq məhdudlaşdırılıb. İçərişəhərdə yaşamayan sürücülər qədim şəhərə girəndə ilk 15 dəqiqə üçün 3 manat ödəyirlər. Xaqani bağı ətrafında əvvəllər yalnız həftəsonları tətbiq olunan hərəkət məhdudiyyəti isə artıq həftənin bütün günlərinə şamil edilib.

Digər xəbərlər