Azərbaycan BMT-nin elektron hökumət indeksində 36 pillə qalxaraq 38-ci yerə çıxıb

Bakıxanovdakı “ASAN xidmət” mərkəzi. Foto: Həlimə, CC BY-SA 4.0, Wikimedia Commons
20-11-2026 22:13

Birləşmiş Millətlər Təşkilatının 2026-cı il üzrə Elektron Hökumətin İnkişafı İndeksində Azərbaycan 194 ölkə arasında 38-ci yeri tutub. Bu, əvvəlki indekslə müqayisədə 36 pillə irəliləyiş deməkdir.

Azərbaycan ilk dəfə indeksin “çox yüksək elektron hökumət inkişafı” kateqoriyasına daxil edilib. BMT-nin bu indeksi iki ildən bir hazırlanır və ölkələri onlayn dövlət xidmətləri, telekommunikasiya infrastrukturu və insan kapitalı göstəricilərinə görə qiymətləndirir.

Dövlət qurumları irəliləyişi elektron xidmətlərin vahid platformalarda birləşdirilməsi, qurumlar arasında məlumat mübadiləsinin sürətləndirilməsi və sənəd dövriyyəsinin elektronlaşdırılması ilə izah edir. Bu istiqamətdə “mygov” platforması, “digital.bridge” sistemi və “Kağızsız hökumət” təşəbbüsü həyata keçirilir.

Digər xəbərlər