Paralimpiya çempionu İmaməddin Xəlilov parataekvondo üzrə dünya çempionatında bürünc medal qazanıb
Foto: The National Paralympic Committee of Azerbaijan, CC BY-SA 4.0, Wikimedia CommonsAzərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb. O, K44 kateqoriyasında, 70 kiloqram çəki dərəcəsində mübarizə aparıb.
Milli Paralimpiya Komitəsinin məlumatına görə, Xəlilov 1/8 finalda almaniyalı Kolja Grabe, 1/4 finalda isə türkiyəli Yusuf Yünaçtını 2:0 hesabı ilə məğlub edib. Yarımfinalda o, Meksikadan olan Xuan Qarsiyaya uduzub.
Medal çempionatın ikinci günündə qazanılıb. İmaməddin Xəlilov Paralimpiya Oyunlarının qalibidir.