Azadlıq Radiosunun jurnalisti Fərid Mehralızadə 32 yaşını həbsxanada qarşılayır
Azadlıq Radiosunun Azərbaycan xidmətinin müxbiri Fərid Mehralızadə noyabrın 22-də 32 yaşını həbsxanada qarşılayır. Jurnalist 2024-cü ilin mayında saxlanılıb və sonradan 9 il həbs cəzası alıb.
Azadlıq Radiosu (RFE/RL) yazır ki, Mehralızadə ölkə hökumətini tənqid edən reportajlar hazırlayıb, Azərbaycandakı iqtisadi bərabərsizlikdən yazıb. Hüquq müdafiə təşkilatları ona qarşı irəli sürülən ittihamları siyasi motivli adlandırır.
Fərid Mehralızadə “Abzas Media” jurnalistləri ilə eyni işdə mühakimə olunub. Bu iş üzrə həbs edilənlərə qaçaqmalçılıq və digər iqtisadi maddələrlə ittihamlar irəli sürülüb, jurnalistlər isə ittihamları qəbul etmir.

