Ağdamın Quzanlı qəsəbəsində sahibsiz itlər məktəbli qıza hücum edib

Foto: Chandana12, CC BY-SA 3.0, Wikimedia Commons
21-11-2026 17:51

Ağdam rayonunun Quzanlı qəsəbəsində hazırlıq məşğələsindən evə qayıdan yeniyetmə qıza bir neçə sahibsiz it hücum edib. Hadisə 150 saylı tam orta məktəbin yaxınlığında baş verib və təhlükəsizlik kameralarına düşüb.

APA agentliyinin Qarabağ bürosu xəbər verir ki, qızı itlərin əlindən yaxınlıqda olan sakinlər xilas ediblər.

Yerli sakinlər deyir ki, son iki gün ərzində qəsəbədə insanların itlərin hücumuna məruz qalması ilə bağlı daha üç belə hadisə olub.

Digər xəbərlər