Amerika araşdırma mərkəzi: Ukrayna ordusu Xarkovun şimalında Rusiyanın mühasirə planını pozub

Foto: Міністерство внутрішніх справ України, CC BY 4.0, Wikimedia Commons
21-11-2026 10:33

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin şimalında üç həftədir apardığı “Ayı tələsi” adlı əməliyyatda 14 yaşayış məntəqəsinə və 204 kvadratkilometr əraziyə nəzarəti bərpa edib.

Bunu Vaşinqtondakı Müharibəni Öyrənmə İnstitutu (ISW) öz hesabatında yazıb. Təhlil mərkəzinin qiymətləndirməsinə görə, əməliyyat Rusiya qoşunlarının Xarkov vilayətində planlaşdırdığı mühasirə cəhdini dayandırıb və əvvəllər itirilmiş ərazilərin geri alınmasına imkan yaradıb.

Cəbhədəki bu dəyişiklik sülh danışıqları ilə bağlı təzyiqin artdığı vaxta düşür. “Financial Times” qəzetinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Kiyevin Rusiya ilə sülh sazişini yanvaradək bağlamasını istəyir.

ABŞ-nin birinci xanımı Melaniya Tramp isə “Fox News” telekanalına deyib ki, danışıqlar artıq gedir və Milad bayramına qədər Ukrayna ilə Rusiya arasında daha bir atəşkəs əldə oluna bilər.

Digər xəbərlər