Son dəqiqə:

İranda yanvar etirazlarında saxlanılan iki nəfər edam edilib, son şahın oğlu Avropanı Tehrana güzəştə son qoymağa çağırır

Arxiv foto: Rza Pəhləvi. Gage Skidmore, CC BY-SA 3.0, Wikimedia Commons
03-11-2026 14:43

İsfahanda yanvarın 8-9-dakı etirazlar zamanı saxlanılan Əmirhüseyn İbrahimi və Əmirhüseyn Məliki noyabrın 3-də sübh çağı edam edilib. İran rəsmiləri onların silahlı olduğunu və Ali Məhkəmənin ölüm hökmünü qüvvədə saxladığını bildirib.

Xaricdə yayımlanan “Iran International” telekanalı yazır ki, hüquq müdafiə təşkilatları bu işdə təqsirləndirilənlərə işgəncə verildiyi, zorla etiraf aldığı iddiaları ilə bağlı narahatlıq ifadə edib.

Sürgündə yaşayan, İranın son şahının oğlu Rza Pəhləvi Brüsselə çatarkən “X” sosial şəbəkəsində bu edamlara münasibət bildirib. “Güzəşt dövrü bitməlidir. Güzəşt daha çox ölü, günahsız iranlı deməkdir”, - o yazıb. Pəhləvi iki nəfərin “azad olmaq istədiyinə görə” öldürüldüyünü iddia edib.

Pəhləvinin ofisinə görə, o, Brüsseldə Avropa Parlamentinin üzvləri və Belçika nazirləri ilə görüşəcək, Tehrana qarşı daha sərt diplomatik və iqtisadi tədbirlər istəyəcək. Noyabrın 7-də Frankfurtda ona Fridrix Naumann Fondunun azadlıq mükafatı veriləcək.

Edamlar İranla ABŞ arasında gərginliyin yenidən artdığı vaxta düşür. ABŞ və İsrail fevralın 28-də İrana hücum ediblər, ABŞ noyabrın 2-si gecə İranın Qeşm adasına zərbələr endirib.

Digər xəbərlər