Son dəqiqə:

Azərbaycanın tamblinq komandası Çindəki dünya çempionatının finalına birinci yerdən çıxıb

Arxiv foto: Tim Dannenberg, CC BY-SA 4.0, Wikimedia Commons
04-11-2026 21:55

Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatının ilk təsnifat günündə Azərbaycanın tamblinq komandası 87,200 xalla birinci yerdən finala vəsiqə qazanıb. Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat verir.

Fərdi təsnifatda Tofiq Əliyev 59,500 xalla lider olub. Mixail Malkin isə 57,100 xalla dördüncü yeri tutub və ikinci təsnifat mərhələsində çıxış etmək hüququ qazanıb. Komandanın heyətində Adil Hacızadə və böyüklər arasında dünya çempionatında ilk dəfə çıxış edən Aleksey Karataşov da var.

Batut gimnastikası üzrə qarışıq sinxron proqramda Selcan Mahsudova və Maqsud Mahsudov 50,250 xalla yarımfinala çıxıb. Noyabrın 5-də hər ikisi fərdi proqramda çıxış edəcək. Noyabrın 8-dək davam edən çempionatda Maqsud Mahsudov Hüseyn Abbasovla kişilərin sinxron proqramında da yarışır.

Digər xəbərlər