"Mingəçevir" klubu I Liqada "Şahdağ Qusar"la oyuna gəlməyib, futbolçuların aylardır maaş almadığı deyilir
Azərbaycan I Liqasının VII turunda "Mingəçevir" klubu öz meydanında "Şahdağ Qusar"la oyuna çıxmaqdan imtina edib. Ev sahibi komanda matçın keçiriləcəyi Mingəçevir şəhər stadionuna gəlməyib.
Bunu Mingəçevirə ezam olunmuş "Apasport" əməkdaşı xəbər verir. Klubun imtina səbəbini açıqladığı barədə məlumat yoxdur, lakin mediada daha əvvəl "Mingəçevir" futbolçularının aylardır maaş almadığı yazılıb.
Hadisə ilə bağlı yekun qərarı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) verəcək.

