Azərbaycanın Türkiyəyə qaz ixracı doqquz ayda həm həcmcə, həm dəyərcə azalıb
Dövlət Statistika Komitəsinin xarici ticarət hesabatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyəyə 1 milyard 971 milyon dollar dəyərində 7 milyard 68 milyon kubmetr təbii qaz ixrac edib.
Ötən ilin eyni dövründə Türkiyəyə 2 milyard 32 milyon dollarlıq 7 milyard 464 milyon kubmetr qaz satılmışdı. Beləliklə, ixracın həcmi 396 milyon kubmetr (5,3 faiz), dəyəri isə 61 milyon dollar (3 faiz) azalıb.
Statistikaya görə, Türkiyəyə qaz ixracı 2023-cü ildə pik həddə - 10,9 milyard kubmetrə və 3,7 milyard dollara çatıb. Sonrakı iki ildə həcm azalıb, 2025-ci ildə 9,7 milyard kubmetr, dəyər isə 2,6 milyard dollar olub.
Türkiyə Azərbaycan qazının ən böyük alıcılarından biridir; qaz bu ölkəyə Cənubi Qafqaz və Trans-Anadolu (TANAP) boru kəmərləri ilə çatdırılır.

