Vəkillər Kollegiyası bu il 6 vəkili sıralarından xaric edib

Azərbaycan Vəkillər Kollegiyasının emblemi, Public domain, Wikimedia Commons
18-11-2026 17:49

Azərbaycan Vəkillər Kollegiyası 2026-cı ilin əvvəlindən bəri 6 vəkili sıralarından xaric edib.

Kollegiyanın məlumatına görə, yanvardan indiyədək fiziki və hüquqi şəxslərdən, dövlət və qeyri-dövlət qurumlarından gələn müraciətlər əsasında 123 iş üzrə intizam icraatı başlanıb. Rəyasət Heyəti intizam işləri üzrə 102 qərar qəbul edib.

Bu qərarlarla 6 vəkil Kollegiyadan xaric olunub, 27 vəkil cərimələnib, 11 vəkilə xəbərdarlıq, 9 vəkilə töhmət verilib, 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb. Daha 14 vəkilə gələcəkdə qanunvericiliyə və peşə etikası qaydalarına ciddi riayət etməli olduğu bildirilib.

Digər xəbərlər