Putin Çində olarkən Ukrayna Rusiyanın Krasnodar diyarında iki neft emalı zavodunu vurduğunu açıqlayıb
İllüstrativ foto: Krasnodar diyarının Tuapse şəhərindəki neft emalı zavodu, Maximcofetea, CC BY-SA 4.0, Wikimedia CommonsUkrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Krasnodar diyarındakı İlski və Afipski neft emalı zavodlarının vurulduğunu bildirib. Ukrayna tərəfinin məlumatına görə, İlski zavodunda yanacaq saxlanılan çənlər, Afipski zavodunda isə neft emalı qurğusu zədələnib.
Baş Qərargah iki müəssisənin birlikdə ildə təxminən 13 milyon ton neft emal etdiyini yazıb.
Krasnodar diyarının əməliyyat qərargahı noyabrın 18-nə keçən gecə Severski rayonunda pilotsuz aparatların hücumundan sonra iki müəssisədə yanğın baş verdiyini təsdiqləyib, lakin müəssisələrin adını açıqlamayıb.
Hücum Rusiya prezidenti Vladimir Putinin APEC sammiti üçün Çində olduğu günlərə təsadüf edib. Putin orada Çin lideri Si Cinpinlə görüşüb, ABŞ prezidenti Donald Trampla üçtərəfli görüş də gözlənilir.


