Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib
İllüstrativ foto: Aykhan Zayedzadeh, CC BY 4.0, Wikimedia CommonsPrezident İlham Əliyev noyabrın 19-da imzaladığı sərəncamla Məleykə Abbaszadəni Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edib. Başqa bir sərəncamla o, Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin olunub.
Universitetin indiyədək rektoru olmuş Elçin Babayev də ayrıca sərəncamla vəzifəsindən azad edilib.
Abbaszadə uzun illər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına, sonra onun əsasında yaradılmış DİM-ə rəhbərlik edib. Ali məktəblərə və kolleclərə qəbul imtahanları bu qurumun əlindədir.
Əsası 1919-cu ildə qoyulmuş BDU ölkənin ən qədim və ən böyük ali məktəblərindən biridir.
