Mərkəzi Bank “İpək Yolu Sığorta”nın lisenziyasını 24 sığorta növü üzrə məhdudlaşdırıb

Foto: Press Service of the President of the Republic of Azerbaijan, CC BY 4.0, Wikimedia Commons
18-11-2026 12:50

Azərbaycan Mərkəzi Bankı noyabrın 11-də “İpək Yolu Sığorta” ASC-nin sığorta fəaliyyəti üzrə lisenziyasını 24 sığorta növü üzrə icazələri ləğv etməklə məhdudlaşdırıb. “Sığorta fəaliyyəti haqqında” qanunun 105.3-cü maddəsinə görə, belə məhdudiyyətdən sonra şirkət həmin sığorta növləri üzrə yeni müqavilə bağlaya bilmir.

Şirkətin açıqlamasına görə, “İpək Yolu Sığorta” “uzunmüddətli strateji hədəfləri və gələcək inkişaf prioritetləri” ilə əlaqədar, fəaliyyət istiqamətlərini yenidən qiymətləndirmək çərçivəsində lisenziyasının məhdudlaşdırılması üçün Mərkəzi Banka özü müraciət edib.

Şirkət qüvvədə olan sığorta müqavilələri üzrə öhdəliklərini tam həcmdə icra edəcəyini bildirib. Açıqlamada qarşıdakı dövrdə planlaşdırılan dəyişikliklər barədə əlavə məlumat veriləcəyi də deyilir.

Digər xəbərlər