Ermənistanda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayevin həbs müddəti üç ay uzadılıb
Ermənistanın Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsi Azərbaycan ordusunun müddətli həqiqi hərbi xidmət əsgəri Nəsimi Musayevin həbs müddətini daha üç ay uzadıb. Qərar dövlət ittihamçısının vəsatəti əsasında verilib.
İclasda müdafiə tərəfinin vəkili iş materialları ilə tam tanış olmağa vaxtı çatmadığını deyərək prosesin təxirə salınmasını istəyib. Məhkəmə bu vəsatəti də təmin edib, növbəti iclas dekabrın 14-nə təyin olunub.
Musayev Ermənistan Cinayət Məcəlləsinin beş maddəsi ilə ittiham olunur. İttihamlar arasında sərhədi qanunsuz keçmə və Sünikdəki Şaki kəndində bir qadını yaralamaq var. İşi noyabrın ortalarında məhkəməyə göndərilmişdi.
Azərbaycanın Baş Prokurorluğu daha əvvəl bildirmişdi ki, Laçın istiqamətindəki hərbi hissələrdən birində xidmət edən Musayevin 2026-cı il sentyabrın 26-da xidmət yerində olmadığı müəyyən edilib və axtarışına başlanılıb. Hərbi Prokurorluğun araşdırmasına görə, onun hərbi hissəni özbaşına tərk etdiyinə dair əsaslı şübhələr var.
