Rusiyanın ilhaq etdiyi Krım yarımadası tamamilə işıqsız qalıb
Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasında noyabrın 26-da elektrik enerjisinin verilməsi bütün ərazidə dayanıb. “Krımenerqo” və “Sevastopolenerqo” şirkətlərinin məlumatına görə, Sevastopol da daxil olmaqla bütün yarımada işıqsız qalıb.
Şirkətlər bunu Krımdan kənarda yerləşən enerji obyektlərində baş verən qəza ilə izah ediblər, amma qəzanın harada və nə səbəbdən baş verdiyini açıqlamayıblar. “Sevastopolenerqo” sakinlərə elektrik təchizatı normallaşana qədər cihazları şəbəkədən ayırmağı tövsiyə edib və işığın tezliklə bərpa ediləcəyini bildirib.
Krımın enerji sistemi Rusiyanın işğal etdiyi Ukraynanın cənub əraziləri və Rusiyanın Krasnodar diyarı ilə bağlıdır. Son həftələrdə Ukrayna Krım körpüsünə bir neçə zərbə endirib, Rusiya Prezidenti Vladimir Putin isə bu hücumlardan sonra atəşkəs olmayacağını demişdi.
Moskva yarımadanı öz ərazisi sayır, Ukrayna və BMT Baş Assambleyasının əksər üzvləri isə ilhaqı tanımır.


