“Sabah” - “Barselona” oyunu zamanı Bakı Olimpiya Stadionunda bir azarkeş ölüb
Çempionlar Liqasında “Sabah” ilə “Barselona” arasında keçirilən oyun zamanı Bakı Olimpiya Stadionunda bir azarkeş ölüb.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, noyabrın 25-də saat 20:25 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonundakı Olimpiya Stadionundan çağırış daxil olub. Ünvana göndərilən briqada bir kişinin həkiməqədər ölümünü qeydə alıb.
Ölən azarkeşin kimliyi, yaşı və ölümün səbəbi açıqlanmayıb.
Oyunda “Barselona” “Sabah”ı 4:1 hesabı ilə məğlub edib.

