Nərimanov rayonunda yeni yol üçün fərdi evlər sökülür, sakinlər kvadratmetrə 2500-3000 manat təklif edildiyini deyir

Nərimanov rayonu, illüstrativ foto. Foto: Matti Blume, CC BY-SA 4.0, Wikimedia Commons
26-11-2026 03:03

Bakının Nərimanov rayonunda yeni yolun çəkilməsi üçün bir sıra fərdi yaşayış evləri sökülməlidir. Yol Xaqani Rüstəmov küçəsini Ağa Nemətulla küçəsi ilə birləşdirəcək.

“Qafqazinfo” saytına danışan sakinlərin sözlərinə görə, plana düşən evlərin hər kvadratmetri üçün 2500-3000 manat arasında kompensasiya ödənilməsi nəzərdə tutulur. Rəsmi qurumlar kompensasiyanın məbləği və söküntünün vaxtı barədə hələlik açıqlama verməyib.

Layihə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.

Digər xəbərlər