Azərbaycan mobil internet sürətinə görə dünyada 47-ci yerdədir

İllüstrativ foto: CC0, Wikimedia Commons
25-11-2026 19:29

Azərbaycan mobil internetin orta yükləmə sürətinə görə dünya reytinqində 47-ci yeri tutub. “Visual Capitalist” nəşrinin dərc etdiyi reytinqə görə, ölkədə bu göstərici 98,9 Mbit/s-dir.

Siyahıya Birləşmiş Ərəb Əmirlikləri başçılıq edir: orada orta sürət 681,1 Mbit/s-dir, yəni Azərbaycandakından təxminən yeddi dəfə çox. Qətər 526,4 Mbit/s ilə ikinci, Küveyt 410,8 Mbit/s ilə üçüncüdür.

Qonşular arasında Gürcüstan 147,5 Mbit/s ilə 21-ci, Türkiyə 129,4 Mbit/s ilə 32-ci yerdədir. Ermənistan 75,9 Mbit/s ilə 60-cı yeri tutub.

Digər xəbərlər