“Neftçi” “Araz-Naxçıvan”ı 3:1 hesabı ilə məğlub edib Premyer Liqada liderliyə yüksəlib
Azərbaycan Premyer Liqasının 12-ci turunda “Neftçi” səfərdə “Araz-Naxçıvan”ı 3:1 hesabı ilə məğlub edib. Turnir cədvəlinin sonuncu yerlərindəki “Araz-Naxçıvan” rəqibini Şamaxıda qəbul edib.
Bu qələbə ilə xallarının sayını 27-yə çatdıran “Neftçi” yenidən cədvəlin birinci pilləsinə qalxıb.
Turun yekun matçında “Kəpəz” Gəncə şəhər stadionunda “Qarabağ”ı qəbul edir. 15 363 tamaşaçı tutumu olan stadion üçün satışa çıxarılan bütün biletlər oyundan iki gün əvvəl satılıb.
