Liviyanın Bengazi limanında Rusiyanın “Merkuri” korvetinin partlayıb yandığı deyilir
Arxiv foto: eyni tipli “Steregușçi” korveti. Tungsten, Public domain, Wikimedia CommonsLiviyanın Bengazi limanında Rusiya Hərbi Dəniz Donanmasına məxsus “Merkuri” raket korvetində partlayış baş verdiyi və gəminin güclü yanğına büründüyü deyilir.
Hərbi dəniz mövzusunda ixtisaslaşan “Naval News” nəşri peyk görüntülərinə və bir neçə mənbəyə istinadən yazır ki, “Steregușçi” tipli korvet böyük ehtimalla məhv olub. Nəşrin məlumatına görə, gəmi partlayışdan əvvəl bir neçə gün limanda dayanıb və Rusiya dövləti ilə bağlı, hərbi ixrac yükü daşıyan gəmilərin konvoyunu müşayiət edib.
Partlayışın səbəbi açıqlanmayıb. Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı hələlik açıqlama verməyib, Ukrayna tərəfi də məsuliyyəti üzərinə götürməyib.
“Merkuri” formal olaraq Qara dəniz donanmasının tərkibindədir, lakin Ukraynadakı müharibə səbəbindən Arktikadakı Şimal donanmasının bazalarından fəaliyyət göstərirdi. Ukrayna ordusu bundan əvvəl Aralıq dənizində Rusiya gəmilərinə bir neçə hücum edib; iyunun 3-də isə Ukrayna dronları Sankt-Peterburq yaxınlığındakı Kronştadtda eyni tipli “Boyki” korvetini vurmuşdu.
Hadisə Rusiyanın Liviyada və Aralıq dənizində hərbi varlığını genişləndirdiyi bir vaxtda baş verib. Noyabrın 21-də isə Baltik dənizində Rusiya ilə bağlı “Sparta II” yük gəmisinin dron hücumuna məruz qaldığı bildirilmişdi.