Putin: Xəzərin səviyyəsinin düşməsi bütün region ölkələrini narahat edir

Foto: Kremlin.ru, CC BY 4.0, Wikimedia Commons
26-11-2026 22:31

Rusiya prezidenti Vladimir Putin Xəzər dənizinin dayazlaşmasının dənizə sahili olan bütün ölkələrdə narahatlıq yaratdığını deyib.

“Xəzər gah enir, gah qalxır. İndi getdikcə daha çox enir. Bu, Xəzər regionunun bütün ölkələrini narahat edir”, - Putin “Süni intellekt dünyasına səyahət” konfransı çərçivəsində məktəbli və tələbələrlə görüşdə bildirib.

Rusiya prezidenti daha bir ekoloji problem kimi Aral dənizinin quruduğunu xatırladıb və oraya suyun çox yavaş qayıtdığını deyib. Onun sözlərinə görə, Xəzər və Aral dənizlərində gedən proseslərin öyrənilməsi tədqiqatçılar qarşısında duran böyük vəzifədir.

Xəzərin səviyyəsinin düşməsi Azərbaycan üçün də ciddi məsələdir: Bakı və Abşeron sahillərində dənizin geri çəkilməsi müşahidə olunur, bu, limanların, balıqçılığın və sahil infrastrukturunun işinə təsir edir. Dənizə axan suyun təxminən 80 faizi Rusiya ərazisindən keçən Volqa çayının payına düşür; buna görə Xəzərin taleyi ilə bağlı müzakirələrdə Rusiyanın su siyasəti də tez-tez gündəmə gəlir.

Digər xəbərlər