Son dəqiqə:

Xaricdə təhsil şirkətinin dələduzluqda ittiham olunan rəhbəri ev dustaqlığına buraxılıb, sonra məhkəmə zalında yenidən həbs edilib

Bakı Apellyasiya Məhkəməsi: Aykhan Zayedzadeh, CC BY 4.0, Wikimedia Commons
05-11-2026 12:30

"AİD Group" xaricdə təhsil şirkətinin həbsdə olan rəhbəri Samir Yəhyazadə ev dustaqlığına buraxıldıqdan sonra yenidən həbs edilib.

APA agentliyi yazır ki, əvvəlcə Binəqədi rayon məhkəməsi onun ev dustaqlığına buraxılması barədə qərar verib. Baş Prokurorluq buna apellyasiya protesti verib, Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib və Yəhyazadə məhkəmə zalında həbs olunub.

Hüquq-mühafizə orqanları onu qabaqcadan əlbir olan qrup tərəfindən və təkrar dələduzluqda, qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurmaqda, insanların ölkədən qanunsuz getməsini təşkil etməkdə və saxta sənəd hazırlamaqda ittiham edir. İş üzrə hökm barədə məlumat verilmir.

Yəhyazadənin həyat yoldaşı, şirkətin təsisçisi və rəhbəri Nigar Fərhad da bu ilin avqustunda saxlanılıb, sonra barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Digər xəbərlər