Son dəqiqə:

Mərkəzi Bank "Portmanat" brendi ilə işləyən şirkətdə qanun pozuntuları aşkarlayıb

Mərkəzi Bankın binası, Bakı, 2026. Foto: Azərbaycan Prezidentinin mətbuat xidməti, CC BY 4.0, Wikimedia Commons
03-11-2026 10:14

Azərbaycan Mərkəzi Bankı elektron pul təşkilatı "Mobile Payment Solutions" MMC-də yerində yoxlama keçirib, qanunvericilik və normativ aktların tələblərinin pozulması hallarını aşkarlayıb. Şirkət "Portmanat" brendi altında işləyir.

Bank çatışmazlıqların aradan qaldırılması üçün şirkətə icrası məcburi göstərişlər verib. Tədbir "Mərkəzi Bank haqqında" Qanunun 48.2.4-cü və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanunun 63.1-ci maddələrinə əsasən görülüb.

Şirkət elektron pul təşkilatı lisenziyasını 2024-cü ilin iyulunda alıb. Açıq reyestr məlumatlarına görə, "Mobile Payment Solutions" 2012-ci ildə vergi uçotuna alınıb, nizamnamə kapitalı 857 min manatdır, qanuni təmsilçisi Vüsal Həsənovdur. Reyestrin iyun ayına aid çıxarışında şirkətin vergi borcunun olmadığı göstərilir.

Digər xəbərlər