Son dəqiqə:

Gələn il yaşayış minimumu 314 manat, orta aylıq əmək pensiyası isə 639 manat olacaq

İllüstrativ foto: https://banknotenews.com, Public domain, Wikimedia Commons
04-11-2026 14:30

Azərbaycanda 2027-ci il üçün yaşayış minimumunun ölkə üzrə 300 manatdan 314 manata qaldırılması nəzərdə tutulur. Bu rəqəm Milli Məclisin komitəsində müzakirə olunan 2027-ci il büdcəsi layihəsindədir, yeni məbləğlər yanvarın 1-dən tətbiq olunacaq.

Layihəyə görə, əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 317 manatdan 334 manata, pensiyaçılar üçün 245 manatdan 258 manata, uşaqlar üçün isə 260 manatdan 274 manata qalxacaq.

Orta aylıq əmək pensiyasının 594,4 manatdan təxminən 7,5 faiz artaraq 639 manata çatacağı proqnozlaşdırılır. Pensiyaların indeksləşdirilməsində 2027-ci ildə orta aylıq əməkhaqqının 7,5 faiz artacağı ehtimalı əsas götürülüb.

Əmək pensiyalarının ödənilməsinə 8 milyard 669 milyon manat ayrılması planlaşdırılır. Bu, bu ilin proqnozundan 676,5 milyon manat və ya 8,46 faiz çoxdur.

Digər xəbərlər