Keçmiş maliyyə nazirinin oğlu Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib
Prezident İlham Əliyev sərəncamla Zaur İlham oğlu Abişevi və Zaur Əvəz oğlu Ələkbərovu Dövlət Ehtiyatları Agentliyinin sədr müavinləri təyin edib. Zaur Ələkbərov keçmiş maliyyə naziri Əvəz Ələkbərovun oğludur.
Təyinatlar agentliyin yenidən qurulmasından bir gün sonra olub. Əliyev noyabrın 3-də Səbuhi Sadıqovu agentliyin sədri təyin etmiş, qurumun əsasnaməsini və strukturunu da təsdiqləmişdi. Həmin sərəncamlara görə, agentliyin aparatında 66, regional bölmələrində 9 ştat vahidi, tabeliyində yaradılan Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzində isə 200 nəfərədək işçi olacaq.
Agentlik strateji malların təchizatına və daxili bazarda onların qiymətində kəskin tərəddüdlərin qarşısının alınmasına cavabdeh olacaq.