Son dəqiqə:

Ordunun "Salyanski kazarma" kimi tanınan təlim mərkəzinin sabiq rəisi və altı nəfər mənimsəmə ittihamı ilə mühakimə olunur

İllüstrativ foto, 2013-cü il Bakı hərbi paradı: Presidential Press and Information Office, CC BY 4.0, Wikimedia Commons
04-11-2026 16:41

Bakı Hərbi Məhkəməsində Azərbaycan ordusunun "Salyanski kazarma" kimi tanınan Təlim və Tədris Mərkəzindəki mənimsəmə işi üzrə ilk iclas keçirilib. Mərkəzin sabiq rəisi polkovnik Sarı Xəlilov, onun köməkçisi olmuş gizir Bəxtiyar Bəhrəmzadə, maliyyə xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadə, həmçinin İbadulla Əliyev, Hacıağa Həmidov, Əfqan Yunusov və Ayaz Adamov mütəşəkkil dəstə halında mənimsəmədə ittiham olunurlar.

Qafqazinfo saytının yazdığına görə, hazırlıq iclasında işə mahiyyəti üzrə baxılmayıb. Hakim Zeynal Ağayev işi məhkəmə baxışına verib, Məlikzadə və Əliyevin həbsdə, digər beş nəfərin isə sərbəst qalmasına qərar verib.

Hərbi Prokurorluğun istintaqına görə, dəymiş ziyan 207 min manatdır.

Sayt həmçinin yazır ki, Xəlilovun müdafiə nazirinin sabiq müavini general-leytenant Nizam Osmanovla yaxın dost olduğu deyilir, Osmanov işdən çıxarılan vaxt Xəlilov da təqaüdə göndərilib.

Digər xəbərlər