Son dəqiqə:

KTMT Baş katibi: Rusiya Ermənistanın təşkilatda səsvermə hüququnun dayandırılması üçün qərar layihəsi hazırlayıb

Arxiv foto, 2024-cü ildə KTMT-nin Astana sammiti: Official website of the President of Russia, CC BY 4.0, Wikimedia Commons
04-11-2026 14:08

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Taalaibek Masadıkov Rusiyanın Ermənistana qarşı təşkilat Nizamnaməsinin 25-ci maddəsinin tətbiqi ilə bağlı qərar layihəsi hazırladığını deyib. O, bunu Minskdə keçirilən Avrasiya Təhlükəsizliyi Konfransında jurnalistlərə bildirib.

Masadıkov bunu Ermənistanın üzvlük haqları və son üç ildə təşkilatın işində iştirak etməməsi ilə əlaqələndirib. Nizamnamənin 25-ci maddəsinə görə, iki il ərzində büdcəyə borcunu ödəməyən üzv dövlətin təşkilat orqanlarında səsvermə hüququ dayandırıla, vətəndaşlarının kvota vəzifələrinə namizədliyi məhdudlaşdırıla bilər.

Baş katib bildirib ki, məsələ noyabrın 10-da keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının iclasının gündəliyinə daxil edilərsə müzakirə olunacaq, yekun qərar isə liderlərin iclasından sonra məlum olacaq.

Bu addım Baş nazir Nikol Paşinyanın Ermənistanın 2027 və ya 2028-ci ildə Avropa İttifaqına üzvlük üçün müraciət edə biləcəyini dediyi günlərə təsadüf edir.

Digər xəbərlər