Gürcüstanda oktyabrın 4-ü etirazlarına görə 7 il alan iki müxalifət siyasətçisi prokurorluqla razılaşmadan sonra azadlığa çıxıb
Gürcüstanda ötən il oktyabrın 4-dəki etirazlara görə 7 il həbs cəzası almış Murtaz Zodelava və Laşa Beridze noyabrın 4-də cəzaçəkmə müəssisəsini tərk ediblər. Onlar təqsirlərini etiraf edərək prokurorluqla razılaşmaya gediblər, Tbilisi Apellyasiya Məhkəməsi bunu təsdiqləyib.
Razılaşmaya görə, onların cəzası 3 il 1 ay olub: 1 il 1 ayı həbsxanada çəkiblər, qalan 2 il şərti cəza sayılır.
Eyni işdə 5 il həbs alan Quri Jvaniya və İrakli Çxvirkiya ilə də razılaşma əldə olunub. Çxvirkiyanın noyabrın 6-da, Jvaniyanın noyabrın 16-da azadlığa çıxacağı bildirilir.
2025-ci il oktyabrın 4-də, bələdiyyə seçkiləri günü Tbilisidə kütləvi etiraz keçirilib, aksiyaçıların prezident sarayına girməyə cəhd etdiyi bildirilib. Zodelava və Beridzeyə strateji obyektləri ələ keçirmək, qrup zorakılığını təşkil etmək və konstitusiya quruluşunu zorla dəyişməyə açıq çağırış ittihamları irəli sürülmüşdü.

