Son dəqiqə:

Çin ilk dəfə Putin, Tramp və Si görüşü barədə danışıqları təsdiqləyib, görüş iki həftəyə keçirilə bilər

Arxiv foto: President of Russia, CC BY 4.0, Wikimedia Commons
04-11-2026 14:11

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq brifinqdə Pekinin Çin, Rusiya və ABŞ liderlərinin mümkün görüşü ilə bağlı tərəflərlə əlaqə saxladığını deyib. Çin bu danışıqları ilk dəfə açıq təsdiqləyib. "Bloomberg" agentliyi yazır ki, görüş noyabrın 18-19-da Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində baş tuta bilər.

Agentliyin qənaətinə görə, belə bir açıqlamanın görüşə iki həftə qalmış verilməsi Pekinin həqiqətən hazırlaşdığını göstərir.

"The Wall Street Journal" qəzetinin məlumatına görə, Putin üçtərəfli görüş ideyasını Trampa oktyabrın 9-dakı telefon danışığında təklif edib və bu formatda Ukraynadakı müharibənin Rusiyaya sərfəli şərtlərlə bitirilməsinə razılaşmaq istəyir.

Tramp belə görüşə hazır olduğunu açıq deyib, amma orada ilk növbədə Rusiya-Ukrayna müharibəsini yox, nüvə tərksilahını müzakirə etmək istədiyini bildirib.

Digər xəbərlər