Son dəqiqə:

bp: "Azəri-Çıraq-Günəşli"də neft hasilatı doqquz ayda azalıb, Səngəçaldan neft ixracı 13 faizdən çox düşüb

Arxiv foto, Səngəçal terminalı: Official website the President of Azerbaijan, CC BY 4.0, Wikimedia Commons
04-11-2026 15:09

bp şirkətinin 2026-cı ilin üçüncü rübü üzrə hesabatına görə, yanvar-sentyabrda "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan təxminən 87 milyon barel neft hasil edilib. Ötən ilin eyni dövründə bu rəqəm 89 milyon barel olub, yəni hasilat 2,25 faiz azalıb. Gündəlik orta hasilat 320 min barel təşkil edir.

Səngəçal terminalından neft və kondensat ixracı isə daha kəskin düşüb: bir ildə 159 milyon bareldən 138 milyon barelə enib, bu, 13,2 faiz azalma deməkdir. İxracın əsas hissəsi Bakı-Tbilisi-Ceyhan kəməri ilə həyata keçirilib.

"Şahdəniz" yatağında doqquz ayda təxminən 20 milyard kubmetr qaz hasil olunub, ötən il bu rəqəm 21 milyard kubmetr idi. Kondensat hasilatı dəyişməyib. Yataqdan Səngəçal vasitəsilə nəql olunan qazın gündəlik həcmi 74,5 milyon kubmetrdən 73,4 milyon kubmetrə enib.

Hesabatda deyilir ki, Səngəçal terminalının elektrikləşdirilməsi layihəsi 90 faiz tamamlanıb, birinci mərhələ 2027-ci ilin ortalarında, ikinci mərhələ isə 2028-ci ilin sonunadək bitəcək.

Blokda iştirak payları belədir: SOCAR - 35,30, bp - 30,37, MOL - 9,57, INPEX - 9,31, ExxonMobil - 6,79, TPAO - 5,73, ONGC Videsh - 2,92 faiz.

Digər xəbərlər