Qazaxıstan Rusiyadakı dron hücumundan sonra dayandırdığı Atırau-Samara kəməri ilə neft nəqlini bərpa edib
Qazaxıstanın neft kəmərləri xəritəsi. Mənbə: ABŞ Enerji İnformasiya İdarəsi, Public domain, Wikimedia CommonsQazaxıstan Energetika Nazirliyi bildirib ki, noyabrın 3-nə Atırau-Samara magistral kəməri ilə neft nəqli adi rejimdədir. "Texniki yoxlamadan sonra nəql bərpa olunub", - nazirliyin mətbuat xidməti deyib.
Nəql noyabrın 2-nə keçən gecə Rusiyadakı Samara qovşağının obyektlərinə dron hücumundan sonra dayandırılmışdı. Nazirlik hücumu kimin etdiyini deməmişdi. Rusiyanın Samara vilayətinin qubernatoru isə hücumun dəf edildiyini bildirmişdi.
Rusiya ərazisindəki marşrutlar Qazaxıstan neftinin əsas ixrac yolu olaraq qalır, neftin bir hissəsi isə Azərbaycan üzərindən, Bakı-Tbilisi-Ceyhan kəməri ilə dünya bazarına çıxarılır.