Son dəqiqə:

İsrail Seçki Komissiyası nəticələri təsdiqləyib, Netanyahu və müttəfiqlərinin saxtakarlıq iddiasını rədd edib

Arxiv foto, İsrail parlamenti: Clema12, CC BY-SA 4.0, Wikimedia Commons
04-11-2026 14:37

İsrailin Mərkəzi Seçki Komissiyası ötən həftəki parlament seçkilərinin nəticələrini təsdiqləyib. Komissiya 9069 məntəqədə yoxlama apardığını, nəticəni dəyişəcək pozuntu tapmadığını bildirib. Komissiyanın sədri, Ali Məhkəmənin hakimi Noam Solberq nəticələrə şübhə yaradanların İsrail demokratiyası üçün "real təhlükə" olduğunu deyib.

Baş nazir Benyamin Netanyahu və müttəfiqləri ərəb partiyalarının xarici yardımla seçkini "oğurladığını" iddia edirdilər. Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir "X"də nəticələrin saxta olduğunu yazıb, "Şin Bet" kəşfiyyat xidmətinin rəhbərini ərəb partiyalarının liderlərini həbs etməyə çağırıb. Qətər bu partiyaları maliyyələşdirdiyi barədə iddiaları dezinformasiya adlandırıb.

"The Times of Israel" qəzeti yazır ki, "Şin Bet" komissiyaya geniş xarici maliyyələşdirmə barədə kəşfiyyat məlumatı verib və dörd ərəb siyasətçini dindirmək istəyir, "Haaretz" qəzetinə danışan hüquq-mühafizə mənbələri isə bu ölçüdə əməliyyatdan xəbərləri olmadığını deyiblər. Baş prokuror Qali Baharav-Miara "Şin Bet"in rəhbərini qanunun aliliyinə xələl gətirməkdə faktiki ittiham edib.

Nəticələr çərşənbə günü prezident İsaak Hersoqa təqdim olunub. O, iki gün partiya liderləri ilə məsləhətləşmələr aparıb hökuməti qurmağı kimə həvalə edəcəyinə qərar verəcək. Mümkün variantlar arasında birlik hökuməti və Eyzenkotun ərəb partiyaları ilə ittifaqı var. Heç kim koalisiya qura bilməsə, gələn ilin əvvəlində yenidən seçki keçiriləcək.

Digər xəbərlər