Rusiyanın İvanovo vilayətində azərbaycanlı miqrantlar üçün iş patenti 2027-ci ildən bahalaşır

İvanovo. Foto: A.Savin, FAL, Wikimedia Commons
27-11-2026 16:20

Rusiyanın İvanovo vilayətində işləyən Azərbaycan vətəndaşları 2027-ci ildən iş patentinə görə daha çox pul ödəyəcəklər. Qərarı İvanovo Vilayət Duması noyabrın 26-da qəbul edib.

Yeni əmsala görə, patentin aylıq ödənişi 22 360 rubl olacaq. Bu, indikindən 11,8 faiz çoxdur. Artım Rusiyaya vizasız gələn Azərbaycan, Özbəkistan, Tacikistan, Gürcüstan və Moldova vətəndaşlarına şamil olunur.

Dumanın əmək və miqrasiya məsələləri üzrə komitəsinin sədrini əvəz edən Anna Ladayeva bildirib ki, artım tempi gələn il Rusiyada orta əməkhaqqının gözlənilən artımına uyğunlaşdırılıb.

6,1987 olaraq müəyyən edilən əmsal fərdi şəxslərin evində və ya təsərrüfatında işləyən əcnəbilərin ödədiyi vergiyə də tətbiq ediləcək. Rusiyada patentin qiymətini hər bölgə özü müəyyən edir, ona görə də məbləğ vilayətdən vilayətə dəyişir.

Digər xəbərlər