Döyülüb qabırğaları sınan 63 yaşlı şikayətçi istintaqın onu özünü təqsirkar çıxardığını deyir

İllüstrativ foto. Foto: Ephraim Stillberg, CC BY-SA 3.0, Wikimedia Commons
27-11-2026 16:23

63 yaşlı Emin Hüseynov onu tanımadığı, 30 yaşlarında bir gəncin döydüyünü və qabırğalarını sındırdığını deyir. Aylardır haqqını axtardığını deyən şikayətçiyə sonda bildirilib ki, həmin gəncə xəsarəti o özü yetirib.

“Meydan TV” bu barədə hazırladığı reportajda yazır ki, polis hadisəni qonşular arasındakı dava adlandıraraq işi bağlamağı təklif edib.

Reportaja görə, məhkəmə-tibbi ekspertiza da əvvəlcə verdiyi rəydən sonradan imtina edib, istintaqın gedişində isə döyüldüyünü deyən şikayətçi döyən tərəf kimi göstərilib.

Digər xəbərlər